“Günay Sığorta”nın xalis mənfəəti 8% azalıb

Maliyyə
  • 31 mart, 2018
  • 05:10
“Günay Sığorta”nın xalis mənfəəti 8% azalıb

Bakı. 31 mart. REPORT.AZ/ “Günay Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 14,349 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 44,2% çoxdur.

2017-ci ildə “Günay Sığorta”nın cəmi öhdəlikləri 3 dəfə artaraq 6,516 mln. manata, cəmi kapitalı isə 0,3% artaraq 7,833 mln. manata çatıb.

Ötən il “Günay Sığorta”nın gəlirləri 5,507 mln. manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), xərcləri isə 5,411 mln. manat (2,6 dəfə çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 96 min manat olub ki, bu da illik müqayisədə 20,7% azdır.

2017-ci ildə “Günay Sığorta” mənfəət vergisi ödəməyib və ili 96 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 7,7% azdır. 

44 filmi