"Günay Bank" yeni filiallar açır

"Günay Bank" yeni filiallar açır Yeni filialların hamısı Bakıda fəaliyyət göstərəcək
Maliyyə
535
17 Oktyabr , 2016 14:27
Günay Bank yeni filiallar açır

Bakı. 17 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) "Günaybank" ASC-yə 3 yeni filial açmaq üçün icazə verib. 

"Report" banka istinadən xəbər verir ki, MBNP bununla bağlı qərarı sentyabrın 7-də qəbul edib.

Bununla da, "Günaybank"ın filiallarının sayı 4-ə çatıb. Bankın yeni filiallar da daxil olmaqla xidmət şəbəkəsi ancaq Bakıda yerləşir.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlər 9 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi