"Goldman Sachs": Qızıl bahalaşa bilər

"Goldman Sachs": Qızıl bahalaşa bilər Bakı. 7 fevral. REPORT.AZ/ Dünyada geosiyasi vəziyyətin daha təhlükəli hal alması durumunda qızılın qiyməti 2018-ci ilin sonuna qədər 1 500 dollar/unsiyaya kimi yüksələ bilər. 
Maliyyə
7 Fevral , 2018 17:02
Goldman Sachs: Qızıl bahalaşa bilər

Bakı. 7 fevral. REPORT.AZ/ Dünyada geosiyasi vəziyyətin daha təhlükəli hal alması durumunda qızılın qiyməti 2018-ci ilin sonuna qədər 1 500 dollar/unsiyaya kimi yüksələ bilər. 

"Report" xəbər verir ki, bu proqnozla ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının Qlobal xammal araşdırmaları Departamentinin rəhbəri Cefri Köri (Jeffrey Currie) çıxış edib.

"Çin və Cənub-Şərqi Asiya ölkələri, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən tələb artmaqda davam edir və bu, qiymətləri artırır", - deyə Körri "Bloomberg" telekanalına müsahibəsində bildirib. 

Körri "Goldman Sachs"ın normal durumda 2018-ci ilin sonu üçün qiymət proqnozunun 1 375 dollar/unsiya, geosiyasi gərginlik yaranacağı təqdirdə isə, 1 400 dollar, hətta 1 500 dollar/unsiyaya yüksəlmə ehtimalının olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi