“Gold Finance” BOKT ötən il mənfəət əldə etməyib

“Gold Finance” BOKT ötən il mənfəət əldə etməyib “Gold Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ildə mənfəət əldə etməyib.
Maliyyə
16 Oktyabr , 2020 19:34
“Gold Finance” BOKT ötən il mənfəət əldə etməyib

“Gold Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ildə mənfəət əldə etməyib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il maliyyə qurumunun gəlirləri və xərcləri eyni olub. Halbuki, kredit təşkilatı 2018-ci ildən 115 min manat mənfəətlə çıxmışdı.

Bu il yanvarın 1-nə “Gold Finance”ın aktivləri 629 min manat olub ki, bu da illik müqayisədə 17,3% azdır. Bunun 516 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 31% böyüyüb.

Hesabat dövründə “Gold Finance”ın öhdəlikləri 12,1% azalaraq 239 min manata, balans kapitalı isə 20,2% azalaraq 390 min manata düşüb.

Xatırladaq ki, “Gold Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır.

Son xəbərlər

Orphus sistemi