“Global Energy Solutions”ın istiqrazlarına 4 investor maraq göstərib
Maliyyə
- 07 fevral, 2025
- 12:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Global Energy Solutions” MMC-nin 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraza 4 investor 5 milyon manatlıq 4 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
15:20
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
Futbol
15:19
Foto
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
Sosial müdafiə
15:11
Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
Fərdi
15:09
"L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək
Mədəniyyət siyasəti
15:03
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
Energetika
14:59
Energetika Nazirliyinə 9 ayda 12 600-dən çox vətəndaş müraciət edib
Energetika
14:58
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Sosial müdafiə
14:50
"Çampi" qasırğası Filippinə yaxınlaşır
Digər ölkələr
14:47
Kobaxidze: Rusiya ilə diplomatik münasibətlərin bərpasına maneələr qalır
Region