Gəncə bazarının səhmləri 39% bahalaşıb
Maliyyə
- 19 yanvar, 2017
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Gəncə-Bazar” ASC-nin səhmlərinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqd bazarın 140 səhminin alqı-satqısını nəzərdə tutur.
Nominal dəyəri 0,5 manat olan qiymətli kağızlar 2 manata realizə edilib. Halbuki, ötən il, sentyabrın 15-də bağlanmış 3 əqd nəticəsində müəssisənin 5 407 səhmi 1,44 manatdan alınıb-satılıb. Başqa sözlə, 4 ay ərzində Gəncə bazarının səhmləri 38,9% dəyər qazanıb.
Xatırladaq ki, "Gəncə-Bazar" ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır.
Son xəbərlər
13:25
Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər
Maliyyə
13:23
Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib
Region
13:23
Kənan Kərimzadə: Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb
Elm və təhsil
13:15
Video
44 günlük Zəfərin pilotu: İlk tullanışdan sonra atama sizin qisasınızı aldıq dedim - Müsahibə
Hərbi
13:14
Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb
ASK
13:11
Foto
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Fərdi
13:07
Nazir müavini: "PeşəFest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub
Sosial müdafiə
13:05
Foto
Milli Süni İntellekt Mərkəzinin baş direktoru "Oxford Insights"a Azərbaycanın süni intellekt sahəsində inkişaf prioritetləri barədə danışıb
İKT
13:03
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
Sağlamlıq