Gələn il cari əməliyyatlar balansında ÜDM-in 3,1%-i qədər kəsir gözlənilir

Gələn il cari əməliyyatlar balansında ÜDM-in 3,1%-i qədər kəsir gözlənilir 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında ümumi daxili məhsulun (ÜDM) 3,1%-i səviyyəsində və yaxud təqribən 1,4 milyard ABŞ dolları məbləğində kəsir proqnozlaşdırılır.
Maliyyə
637
3 Sentyabr , 2020 11:25
Gələn il cari əməliyyatlar balansında ÜDM-in 3,1%-i qədər kəsir gözlənilir

2021-ci ildə Azərbaycanın cari əməliyyatlar  balansında ümumi daxili məhsulun (ÜDM) 3,1%-i səviyyəsində və  yaxud təqribən 1,4 milyard ABŞ dolları məbləğində kəsir proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa  da  ortamüddətli  dövrdə  profisit  gözlənilir  ki, bu da öz növbəsində  valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.

Post-pandemiya  dövründəneqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa  meyilləri  ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin  də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək  məqsədilə həyata  keçirilən  tədbirlər nəticəsində ölkədən  ixrac  edilən malların həcminin artacağı  gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzindəxarici ticarət balansının mütəmadi artımı gözlənilir.

Son xəbərlər

Orphus sistemi