Gələn il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır

Gələn il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır 2021-ci ildə Azərbaycanda 75,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.
Maliyyə
3 Sentyabr , 2020 10:50
Gələn il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır

2021-ci ildə Azərbaycanda 75,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 31,8 milyard manatlıq hissə xidmət, 25 milyard manatlıq hissəsi sənaye, 5,7 milyard manatlıq hissəsi tikinti, 5,6 milyard manatlıq hissəsi isə kənd təsərrüfatı sektorlarında istehsal olunacaq, məhsula və idxala    xalis vergilər isə 7,3 milyard  manat  təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda 8,1%, neft  sektorunda  isə 3%  artım  gözlənilir. Pandemiyadan zərər çəkmiş  sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının  genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi  aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi