Gələn ay keçiriləcək Azərbaycan Mikromaliyyə Konfransına qeydiyyat davam edir
- 25 oktyabr, 2018
- 13:57
Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 22-23-də Bakıda keçiriləcək və “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusuna həsr olunacaq 9-cu Azərbaycan Mikromaliyyə Konfransına qeydiyyat davam edir.
“Report” Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) istinadən xəbər verir ki, qeydiyyyatdan keçmək üçün www.amfa.az internet səhifəsinə daxil olmaq, əlavə məlumat əldə etmək üçün isə [email protected] elektron poçt ünvanı və yaxud (012) 437 16 45 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq lazımdır.
Qeyd edə ki, tədbirdə “Azərbaycanın regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin rəsmi təqdimatı baş tutacaq.
Tədbir tənzimləyici hökumət orqanları, Azərbaycan bazarında,o cümlədən Mərkəzi Asiya, Avropavə Qafqazda fəaliyyət göstərən mikromaliyyə institutları və xidmət təminatçıları, beynəlxalq və yerli investor və donor təşkilatları ilə görüşmək imkanı yaradır.
Həmçinin tədbirdə mikromaliyyə təşkilatlarının fəaliyyətinin stimullaşdırılması yolları, mikromaliyyənin böhrandan öyrənilmiş dərsləri, bank və qeyri-bank sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma, özəl kredit bürosunun rolu, mikrokreditləşmənin rəqəmsallaşmasında və kənd təsərrüfatının maliyyələşməsində mövcud olan çətinliklər və imkanlar, həmçinin mikromaliyyə təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri haqqında geniş müzakirələr olacaq.