G20 ölkələrinin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib

G20 ölkələrinin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib Bu ilin I rübündə koronavirus pandemiyasının təsiri ilə G20 ölkələrinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 3,45 trilyon ABŞ dollarına enib.
Maliyyə
28 May , 2020 16:14
G20 ölkələrinin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib
0 : 00
0 : 00

Bu ilin I rübündə koronavirus pandemiyasının təsiri ilə G20 ölkələrinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 3,45 trilyon ABŞ dollarına enib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə G20 ölkələrində idxalı isə 6,6% azalaraq 3,468 trilyon ABŞ dolları olub. Beləliklə də, analoji ölkələrin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib.

Qeyd edək ki, eyni dövrdə ixrac əməliyyatları ən çox azalan ölkələrin sıralamasında Səudiyyə Ərəbistanı (19,9%), Rusiya (14,2%), Böyük Britaniya (11,8%) ilk 3 sırada qərarlaşıb. G20 ölkələrinin idxal əməliyyatında isə ən çox azalma Böyük Britaniya (17,1%), Fransa (10,4%) və Cənubi Afrika Respublikasında (9,6%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi