“Günay Bank” nizamnamə kapitalını kəskin artırır

“Günay Bank” nizamnamə kapitalını kəskin artırır Əlavə səhm emissiyasının həcmi 50 mln. manata yaxındır
Maliyyə
10 Sentyabr , 2014 10:15
“Günay Bank” nizamnamə kapitalını kəskin artırır

Bakı. 10 sentyabr. REPORT.AZ/. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Günay Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədsiz adlı səhmlərinin emissiyası qeydiyyata alınıb. "Report"un xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Emissiyanın ümumi həcmi 49 982 350 manat, bir səhmin nominal dəyəri isə 4 783 manat təşkil edir.

Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 2,2 dəfə artırılaraq 73 002 929 manata çatdırılacaq. Yerləşdirmə Bakı Fond Birjasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi