Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksində 2,43% artım müşahidə edilib və 17 778,15 bənd təşkil edib, S&P 500 2,40% - 2 061,23 bəndədək, Nasdaq isə 2,24% - 4 748,40 bəndədək artıb.
"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 2,04% - 6 466,00 bəndədək, Almaniya DAX-ı 2,79% - 9 811,06 bəndədək, Fransa CAC-40-ı isə 3,35% - 4 249,49 bəndədək yüksəlib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,23% bahalaşaraq 1 197,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2278 dollar (-0,07%) təşkil edib.