"Fitch": Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq

"Fitch": Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq Dollarlaşma dərəcəsi azalmağa davam edir
Maliyyə
3 Fevral , 2018 09:59
Fitch: Yaxın 2 ildə Azərbaycanda dolların məzənnəsi sabit qalacaq

Bakı. 3 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta - manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. 

"Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi