"Fitch": Gələn il qlobal iqtisadi artım 8 illik minimumu yeniləyəcək

Maliyyə
  • 01 oktyabr, 2019
  • 07:16
Fitch: Gələn il qlobal iqtisadi artım 8 illik minimumu yeniləyəcək

2019-cu ildə qlobal iqtisadi artım 2,6%, 2020-ci ildə isə 2,5% təşkil edəcək. Bu, 2012-ci ildən bəri ən aşağı hədd olacaq. 

"Report" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. 

Agentlik bəyan edib ki, ABŞ-Çin ticarət müharibəsinin təsirlərini nəzərə alaraq 16 ölkə üçün iqtisadi inkişaf proqnozunu azaltmalı olub. 

"Fitch"in baş iqtisadçısı Brian Coltonun sözlərinə görə, 1930-cu illərdən bəri qlobal iqtisadiyyat ticarət münasibətlərindən indiki qədər təsirlənməyib.