"Fitch" agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib

"Fitch" agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib SOCAR-ın reytinq proqnozu Azərbaycanın suveren reytinqi ilə bərabərləşdirilib
Maliyyə
15 Fevral , 2018 17:07
Fitch agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib

Bakı. 15 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B" və təminatsız reytinqini "B" səviyyəsində təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Fitch"in rəsmi saytında məlumat verilib.

"Fitch" həmçinin SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə "neqativ" proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu - "stabil" ilə eyniləşdirdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi