"Finca Azerbaijan” BOKT-un istiqrazlarına 17 investor maraq göstərib
- 11 iyul, 2024
- 14:38
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 2,5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 2 500 ədəd istiqraz standard bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 17 investor 2,5 milyon dollarlıq 17 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital Investisiya Şirkəti” ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.