"Finca Azerbaijan” BOKT daha 2,5 milyon dollarlıq istiqraz buraxır

Maliyyə
  • 09 iyul, 2024
  • 14:29
Finca Azerbaijan” BOKT daha 2,5 milyon dollarlıq istiqraz buraxır

İyulun 11-də "Finca Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2,5 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirəcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 2 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti