FED uçot dərəcəsini 4,25-4,50 %-ə qaldırıb
Maliyyə
- 14 dekabr, 2022
- 19:16
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük dekabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək.
“Report” xəbər verir ki, bu barədə FED məlumat yayıb.
“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.
Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.
Son xəbərlər
03:45
Əhməd Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların taleyini müzakirə edir
Digər ölkələr03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01