FED baza faiz dərəcəsini dəyişilməz saxlayıb

Maliyyə
  • 01 may, 2019
  • 19:28
FED baza faiz dərəcəsini dəyişilməz saxlayıb

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin press-relizinə istinadən xarici KİV məlumat yayıb.

FED bu qərarı 30 Aprel -1 May iclasının yekununda qəbul edib.

Bildirilir ki, Amerika tənzimləyicisinin baza faiz dərəcəsinin saxlanılmasına dair qərarı əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

44 filmi