FED baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb

FED baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.
Maliyyə
19 İyun , 2019 22:11
FED baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə qərar FED-in 18-19 iyun tarixlərində keçirilən iclaslarının yekununda qəbul olunub.

FED həmçinin ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9%-dən 2%-dək artırıb.

Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib.

Son xəbərlər

Orphus sistemi