“Expressbank” lombard kreditlərini qismən bahalaşdırıb

Maliyyə
  • 06 aprel, 2017
  • 09:53
“Expressbank” lombard kreditlərini qismən bahalaşdırıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Expressbank” qızıl təminatı ilə verdiyi nağd pul kreditlərinin illik faiz dərəcəsini qismən artırıb.

“Report” Banka istinadən xəbər verir ki, hazırda lombard kreditləri illik 36-38%-lə ayrılır. İndiyə qədər illik faiz dərəcəsi 36% olub.

Kreditin məbləği 300 manatdan 10 min manata qədər, müddəti isə maksimum 2 ildir.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

44 filmi