​"Expressbank"ın yeni regional filialı açılıb

​"Expressbank"ın yeni regional filialı açılıb Yaxın gələcəkdə daha bir neçə filialın açılması planlaşdırılır
Maliyyə
761
22 May , 2015 13:28
​Expressbankın yeni regional filialı açılıb

Bakı. 22 may. REPORT.AZ/ "Expressbank" ASC sayca 18-ci filialının rəsmi açılış tədbirini keçirib. Yeni filial Bərdə şəhərində, Heydər Əliyev prospekti, 88A ünvanında yerləşir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Expressbank"ın İdarə Heyəti sədrinin müavini Əli İmanov bildirib ki, Bank yaxın gələcəkdə filial şəbəkəsini genişləndirməyi planlaşdırır.

"Bu gün "Expressbank" sayca 6-cı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filialın açılması planlaşdırılır”, - deyə Ə.İmanov qeyd edib.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 6 500-dək POS-terminalı və 200-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi