“Express Bank” ötən ili mənfəətlə başa vurub
- 30 yanvar, 2020
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Express Bank” ASC bu ilin 2019-cu ili 19,12 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank 2018-ci ildən 23,755 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Express Bank”ın gəlirləri 52,516 milyon manat (illik müqayisədə 18% çox), xərcləri 47,732 milyon manat (13,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 16,289 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,952 milyon manat (əvvəlki ilə vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 338,638 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,3% azdır. Bunun 211,138 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 6,7% kiçilib.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 18,7% azalaraq 224,256 milyon manata, o cümlədən depozit portfeli 25,3% azalaraq 174,22 milyon manata, balans kapitalı isə 4,2% azalaraq 114,388 milyon manata, o cümlədən nizamnamə kapitalı 18% azalaraq 112,545 milyon manata düşüb.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.