“Express Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Express Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək Oktyabrın 30-da, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
5 Oktyabr , 2020 09:20
 “Express Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Oktyabrın 30-da, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə cari məsələlərin müzakirə edilməsi daxildir.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,5 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi