“European Tabacco - Baku”nun səhmləri ilə ticarət aktivləşib

Maliyyə
  • 27 noyabr, 2018
  • 12:04
“European Tabacco - Baku”nun səhmləri ilə ticarət aktivləşib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı siqaret istehsalçısı “European Tabacco – Baku” ASC-nin səhmləri ilə ticarət aktivləşib.

“Report” bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, noyabrın 23-26-da şirkətin səhmlərinin alqı-satqısı üzrə 15 əqd bağlanılıb. Əqdlər nominal dəyəri 20 manat olan 364 ədəd səhmin 2 dəfə baha - 40 manata realizə edilməsini nəzərdə tutur.

Bu arada, “European Tabacco – Baku”nun rəhbərliyinin yenidən formalaşdırılması gözlənilir.