Enerji Effektivliyi Fondu çərçivəsində güzəştli kreditlərin verilməsi müzakirə olunub

Maliyyə
  • 27 may, 2025
  • 17:32
Enerji Effektivliyi Fondu çərçivəsində güzəştli kreditlərin verilməsi müzakirə olunub

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında Enerji Effektivliyi Fondu çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmləri və banklarla əməkdaşlıq imkanları müzakirə olunub.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Agentliyin və ABA-ya üzv təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş onlayn görüşdə baş tutub. 

Görüş zamanı Enerji Effektivliyi Fondunun vəsaitlərindən istifadə mexanizmləri, güzəştli kreditlərin verilməsi prosedurları, müvəkkil kredit təşkilatlarının rolu və qarşılıqlı əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar prosesin şəffaf və effektiv şəkildə təşkili, eləcə də bank sektorunun bu təşəbbüsdə fəal iştirakının vacibliyini vurğulayıb

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür. 

44 filmi