2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 74,196 milyon manat təşkil edib.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 22,9 % azdır.
ƏMDX-nın gəlirlərinin 62,559 milyon manatı və yaxud 84,3 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 21,6 % azdır. Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 26 % azalaraq 11,502 milyon manat, sair gəlirləri isə 6,3 dəfə azalaraq 134 min manat olub.
Ötən il ƏMDX-nın xərcləri isə əvvəlki ilə nisbətən 7,3 % az - 65,031 milyon manat təşkil edib. O cümlədən Dövlət Xidmətinin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,3 % artaraq 22,228 milyon manat, sərf etdiyi materialların dəyəri 19 dəfə artaraq 3,915 milyon manat, amortizasiya xərcləri 0,4 % azalaraq 2,603 milyon manat, sair əməliyyat xərcləri isə 23,6 % azalaraq 36,284 milyon manat olub.