2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 86,164 milyon manat, xərcləri isə 87,534 milyon manat təşkil edib.
“Report” Dövlət Xidmətinin hesabatına istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,1 % və 34,6 % çoxdur.
Ötən il Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 73,84 milyon manat (əvvəlki ilə nisbətən 12,6 % çox), birja əməliyyatından gəlirləri 12,162 milyon manat (5,7 % çox), sair əməliyyat gəlirləri isə 162 min manat (20,9 % çox) olub.
Hesabat dövründə qurumun əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22,799 milyon manat (illik müqayisədə 2,5 % çox), sərf etdiyi materialların dəyəri 2,407 milyon manat (62,7 % az), amortizasiya xərcləri 2,054 milyon manat (26,7 % az) , digər əməliyyat xərcləri isə 60,274 milyon manat (1,6 dəfə çox) təşkil edib.