Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 18 % artırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 18 % artırıb Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çox - 130,8 milyon manat vəsait köçürüb.
Maliyyə
23 Sentyabr , 2024 15:03
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çox - 130,8 milyon manat vəsait köçürüb.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 8 aylıq ödənişin 105,5 milyon manatı (18,3 % çox) özəlləşdirmə, 25,3 milyon manatı (16,1 % çox) isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 39 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 495 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 372 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 47 onlayn qoşulma reallaşıb.

Ötən 8 ayda 2 759 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 421-i qeyri-yaşayış, 2 338-i isə torpaq sahələrinə aid olub.

Son xəbərlər

Orphus sistemi