EMF Mikromaliyyə Fondu “Bank Respublika”ya 5 milyon dollar kredit ayırdı

EMF Mikromaliyyə Fondu “Bank Respublika”ya 5 milyon dollar kredit ayırdı Ölkəmizin ən iri kommersiya banklarından biri olan “Bank Respublika” ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir
Maliyyə
23 İyun , 2021 09:25
EMF Mikromaliyyə Fondu “Bank Respublika”ya 5 milyon dollar kredit ayırdı

Ölkəmizin ən iri kommersiya banklarından biri olan “Bank Respublika” ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Bu dəfə Bank “Enabling Qapital” şirkətinin vasitəçiliyi ilə, Avropanın investisiya şirkəti - EMF Mikromaliyyə Fondu ilə ona 8 il müddətinə, 5 milyon ABŞ dolları subordinasiyalı kreditin ayrılması barədə yeni müqavilə imzalayıb.

Bu, son illərdə “Bank Respublika” ilə müqavilə bağlayan 5-ci böyük beynəlxalq maliyyə təşkilatıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya İnkişaf Bankı və “Frontera Capital” təşkilatı Bankla müqavilə imzalayıb. Bu isə, beynəlxalq maliyyə qurumlarının “Bank Respublika”nın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimadından xəbər verir.

Müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.

“Bank Respublika” 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk 5-likdə möhkəmlənib. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və “Sparkassen International Development Trust” şirkəti (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var.

Son xəbərlər

Orphus sistemi