Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü ilə bağlı tədbir keçirilib Əmanətlərin Sığortalanması Fondunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Maliyyə
7 Noyabr , 2024 17:21
Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü  ilə bağlı tədbir keçirilib

Əmanətlərin Sığortalanması Fondunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Fondun rəhbər heyəti, kollektivi və Vətən müharibəsi iştirakçısı olan əməkdaşlar iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Tural Piriyev tədbir iştirakçılarını Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “8 noyabr – Zəfər Günü” münasibəti ilə təbrik edib. Tədbir zamanı T.Piriyev çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atıb.

"Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv edib, canlı qüvvəsinə ciddi zərbələr vurub. Həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək nəinki torpaqlarımızın işğaldan azad olunmasına, eyni zamanda beynəlxalq səviyyədə haqq və ədalətin bərpasına nail olub”, - ƏSF-in icraçı direktoru əlavə edib.

Tədbirin sonunda Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan əməkdaşlara Fond tərəfindən hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi