​Elman Rüstəmov: “Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”

​Elman Rüstəmov: “Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək” “Digər ölkələrin təcrübəsi nəzərdən keçirilir”
Maliyyə
370
26 Yanvar , 2016 14:25
​Elman Rüstəmov: “Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”

Bakı. 26 yanvar. REPORT.AZ/ “Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır: “İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq”, - Mərkəzi Bankın sədri bildirib.

Son xəbərlər

Orphus sistemi