Elman Rüstəmov: "Dövlət qiymətli kağızlar bazarının həcmi artırılmalıdır"

Elman Rüstəmov: "Dövlət qiymətli kağızlar bazarının həcmi artırılmalıdır" Bakı. 7 sentyabr. REPORT.AZ/ "Bu ilin yanvar-iyul aylarının yekununda Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".
Maliyyə
7 Sentyabr , 2018 09:53
Elman Rüstəmov: Dövlət qiymətli kağızlar bazarının həcmi artırılmalıdır

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Bu ilin yanvar-iyul aylarının yekununda Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

Bundan başqa, onun sözlərinə görə, 2018-ci ilin sonuna qədər ölkənin strateji valyuta ehtiyatları artacaq, tədiyyə balansındakı profisit qalacaq. 

"Orta müddətli perspektivdə monetar siyasətin əsas məqsədi makroiqtisadi sabitlik hədəflərinin genişləndirilməsidir. Restrukturizasiya və sağlamlaşdırılma üzrə yeni siyasət həyata keçirilməlidir. Dövlət qiymətli kağızlar bazarının həcmi daha da artırılmalıdır. Hazırda bununla bağlı böyük imkanlar var", - AMB sədri qeyd edib. 

E.Rüstəmov Azərbaycanın Qlobal Rəqabətlilik indeksində 34 pillə irəlilədiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi