Azərbaycan Mərkəzi Bankının sədri: “Biznes kreditlərində əhəmiyyətli artım görmürük”

Azərbaycan Mərkəzi Bankının sədri: “Biznes kreditlərində əhəmiyyətli artım görmürük” “Azərbaycanın maliyyə sektorunda canlanma və bərpa proseslərinin getdiyini görürük”.
Maliyyə
10 Yanvar , 2020 15:52
Azərbaycan Mərkəzi Bankının sədri: “Biznes kreditlərində əhəmiyyətli artım görmürük”
Elman Rüstəmov / Elman Rüstəmov

“Azərbaycanın maliyyə sektorunda canlanma və bərpa proseslərinin getdiyini görürük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Baxmayaraq ki, sektorda kövrəklik qalıb, banklar restrukturizasiyanın başa çatdırmayıb, amma biz kreditləşmənin artdığını görürük. Lakin yenə də qeyd etmək istəyirik ki, burada başlıca drayver rolunu oynayan istehlak kreditləridir. Biznes kreditlərində əhəmiyyətli artım görmürük. Yəqin ki, bugünkü toplantının da əsas müzakirə mövzularından biri bu olacaq. Yəni biz necə edək ki, real sektorun kreditləşməsini artıra bilək? Çünki bu, bilavasitə iqtisadi artımla, iqtisadi dinamika ilə əlaqəsi olan seqmentdir”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi