Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 60%-i keçib

Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 60%-i keçib Vergilər Nazirliyi malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimədən istifadə edilməsi ilə bağlı nəzarəti gücləndirib.
Maliyyə
21 Noyabr , 2019 15:19
Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 60%-i keçib

Vergilər Nazirliyi malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimədən istifadə edilməsi ilə bağlı nəzarəti gücləndirib.

"Report" xəbər verir ki, bunu Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı istehsal və ticarət sektorunda çalışan sahibkarlıq subyektləri ilə geniş maarifləndirmə işləri aparılıb: "Bu sahədə Nazirliyin tələbləri onlarla çatdırılıb. Həmin tədbirlər artıq nəticəsini verir. Belə ki, bu ilin 6 ayında elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur. Müsbət meyllərdən biri istehsal və topdansatış üzrə toplam dovriyyənin 13,8%, o cümlədən elektron qaimə ilə rəsmiləşən dovriyyənin 37,1% artmasıdır. Nəticədə istehsal və topdansatış üzrə elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 65,1%-dən 78,4%-ə yüksəlib. Elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi topdansatış ticarətdə 42%, pərakəndə ticarətdə 50%, istehsalda isə 30 faiz artıb". 

Son xəbərlər

Orphus sistemi