"Ekolizinq"in istiqrazlarının ilk tranşı üzrə hərracın tarixi açıqlanıb
- 27 may, 2024
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Ekolizinq" MMC-nin 500 min ABŞ dolları dəyərində istiqrazlarının 250 min dollarlıq ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 dollar olan 250 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ nvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.