EİB Azərbaycanda strateji layihələrə dəstək verəcək
- 22 dekabr, 2021
- 15:45
Şərq Tərəfdaşlığı regionunda, o cümlədən Azərbaycanda sərmayə zərfi hazırlayan Avropa İnvestisiya Bankı (EIB) burada bir sıra strateji layihələrə dəstək vermək niyyətindədir.
“Report” xəbər verir ki, EIB-in məsələyə dair açıqlamasında qeyd olunur:
“Avropa İnvestisiya Bankı Şərq Tərəfdaşlığı ölkələrini, o cümlədən Azərbaycanı dəstəkləyən İqtisadi İnvestisiya Planını ən yüksək səviyyədə həyata keçirməklə bağlı Avropa Komissiyası və başqa beynəlxalq maliyyə təsisatları ilə yaxından əməkdaşlıq edir”.
Bu işlər başa çatan kimi Avropa tərəfdaşlığı çərçivəsində həm də Azərbaycanda səmərəli layihələri irəli aparmağa dəstək verə biləcəkləri göstərilir. Belə bir dəstəyin dayanıqlı inkişaf baxımdan enerji dəyişikliyi, rəqəmsallaşma, özəl sektor kimi mühüm əhəmiyyət daşıyan sahələrdə göstəriləcəyi diqqətə çatdırılır.