“ƏDV Geri Al” "Yelo App"də!
- 11 oktyabr, 2022
- 12:01
“Öncə müştəri” prinsipi ilə onların istəklərini prioritet tutan "Yelo Bank" ASC-dən "ƏDV Geri Al" xidmətini müştərilərin istifadəsinə verdi. Artıq Bankın mobil tətbiqi vasitəsilə ƏDV faizlərini geri almaq mümkündür. Bunun üçün tətbiqdə qəbz üzərindəki QR kodu skan etmək və yaxud Fiskal ID-ni əlavə etmək kifayətdir. Yığılmış ƏDV faizləri tətbiqin “ƏDV Geri Al” kabinetində “təsdiqlənən”, “gözləmədə” və “ləğv olunan” statusları ilə əks olunur. Təsdiqlənən vəsaiti nağdlaşdırmaq isə edvgerial.az portalında "Yelo Bank" kartına köçürməklə həyata keçirilir. Karta ƏDV faizlərinin köçürülməsi komissiyasızdır.
Ödənişləri nağdsız şəkildə aparmaq "Yelo kart"la olduqca sərfəlidir. Daha çox ƏDV faizlərini geri almaqla yanaşı, "Yelo kart" ilə bütün ödənişlərdən 1%-ə qədər, seçilmiş kateqoriyalardan 5%-ə qədər, yüzlərlə partnyor şəbəkəsindən isə 30%-ə qədər "cashback" qazanmaq mümkündür. İl sonuna qədər "Yelo" mobil tətbiqində daha çox yeniliklərin və hazırki funksiyaların daha da təkmilləşdirilməsi gözlənilir.
"Yelo" mobil tətbiqi yükləmək üçün: https://bit.ly/edv-geri-al
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
"Yelo Bank" – Parlaq bankçılıq!