Bakı. 20 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda 2%-lik iqtisadi artım gözləyir.
“Report” xəbər verir ki, bu barədə EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte “Reuters” agentliyinə açıqlamasında deyib.
O həmçinin təmsil etdiyi maliyyə qurumunun 2018-ci il üçün Azərbaycanda təkrəqəmli inflyasiya proqnozlaşdırdığını, qiymət artımının 5-9% arasında dəyişə biləcəyini də qeyd edib.