EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb

EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb "Bank Respublika" və EBRD Azərbaycanda "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzalayıb.
Maliyyə
21 Oktyabr , 2024 12:33
EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb

"Bank Respublika" və EBRD Azərbaycanda "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzalayıb.

Ölkənin ən böyük kommersiya banklarından biri olan "Bank Respublika" ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "yaşıl iqtisadiyyat"ın dəstəklənməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün böyük kredit sazişi imzalayıb.

Kredit Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində Kiçik və Orta Müəssisələrin Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi və İnklüzivləşdirilməsi Proqramı çərçivəsində verilib. Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu Banka 3 il müddətinə Azərbaycan manatı (AZN) ilə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit təqdim edəcək.

Təqdim edilən vəsaitlər ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin (KOB) dəstəklənməsi üçün istifadə olunacaq. Bunlar enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların minimuma endirilməsi və karbon izinin azaldılması layihələridir.

Bu əməkdaşlığın məqsədi Azərbaycanda davamlı inkişafı dəstəkləmək və yaşıl iqtisadiyyata keçidi təşviq etməkdir. Kredit ekoloji layihələrin həyata keçirilməsi, biznes infrastrukturunun təkmilləşdirilməsi və ekoloji cəhətdən məsuliyyətli qərarların qəbuluna yönəlmiş müəssisələrin stimullaşdırılması üçün mühüm mənbə rolunu oynayacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi