Bakı. 23 oktyabr.REPORT.AZ/ Oktyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,87% bahalaşaraq 17 489,16 bənd, S&P 500 1,66% artaraq 2 052,51 bənd, Nasdaq isə 1,65% irəliləyərək 4 920,05 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,44% bahalaşaraq, 6 376,28 bənd, Fransa CAC-40-ı 2,28% irəliləyərək, 4 802,18 bənd, Almaniya DAX-ı isə 2,48% artaraq 10 491,97 bəndə yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 2,80 dollar yaxud 0,24% bahalaşaraq 1 168,90 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1119 (+0,09%) təşkil edib.