Dünya Bankı: "Pandemiya pul köçürmələrinə daha çox təsir edib"

Dünya Bankı: "Pandemiya pul köçürmələrinə daha çox təsir edib" Koronavirus (COVID-19) pandemiyası dünyada pul köçürmələrinə daha çox təsir edib.
Maliyyə
4 May , 2023 16:56
Dünya Bankı: Pandemiya pul köçürmələrinə daha çox təsir edib

Koronavirus (COVID-19) pandemiyası dünyada pul köçürmələrinə daha çox təsir edib.

"Report" xəbər verir ki, bunu Dünya Bankının hazırladığı "İnsan kapitalının şoklardan və böhranlardan qorunması" adlı hesabatda bildirilir.

"2023-cü ilin yanvar ayına qədər Şərqi Avropa və Cənubi Qafqaz regionunda koronavirusdan 300-400 min insan ölüb. Pandemiya pul köçürmələrinə daha çox təsir edib. 2020-ci ildə regionda ümumi daxili məhsul (ÜDM) 5 %, pul köçürmələri isə 40% azalıb. Bundan əlavə, yoxsulluq səviyyəsi 1,4 -5 % arasında artıb. Həmçinin pandemiya səbəbindən 2020-ci ildə məktəblər 63-205 gün arasında bağlanıb. Hətta bəzi tələbələr əvvəlcə nə öyrəndiklərini unudub. Məktəbləri qapalı ən az tutan Xorvatiya və Ermənistan, ən çox tutan isə Azərbaycan və Polşa olub”, - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi