Dövlət Neft Fondunun büdcəsinə yenidən baxılacaq

Dövlət Neft Fondunun büdcəsinə yenidən baxılacaq Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.
Maliyyə
20 Avqust , 2020 19:07
Dövlət Neft Fondunun büdcəsinə yenidən baxılacaq

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, iclasda AR DNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi