Dövlət Neft Fondu banklara 2,4 mln. dollar satıb

Dövlət Neft Fondu banklara 2,4 mln. dollar satıb Bu vəsait 4 kommersiya bankına satılıb
Maliyyə
15 Aprel , 2016 11:28
Dövlət Neft Fondu banklara 2,4 mln. dollar satıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi müntəzəm valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən çıxarılan 50 mln. ABŞ dolları məbləğində vəsaitin 2,4 miln. dolları satılıb.

"Report"a Fonddan verilən məlumata görə, bu vəsait 4 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi