Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 %, 2022-ci ilin sonuna isə 27,5 % səviyyəsində müəyyən edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Bundan əlavə, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 % müəyyən edilib.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.