Dolların ucuzlaşması fonunda qızılın qiyməti artıb

Dolların ucuzlaşması fonunda qızılın qiyməti artıb ABŞ-da yanvar ayı üzrə inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində dolların ucuzlaşması qızılın qiymətinin artmasına səbəb olub.
Maliyyə
14 Fevral , 2023 10:41
Dolların ucuzlaşması fonunda qızılın qiyməti artıb

ABŞ-da yanvar ayı üzrə inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində dolların ucuzlaşması qızılın qiymətinin artmasına səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,27 % və ya 5,1 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 889,05 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,57 % artaraq 1 unsiyası 21,977 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,19 % düşərək 103,15 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Bu gün ABŞ-da yanvar ayı üzrə inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması gözlənilir. Analitiklər yanvar ayında istehlak qiymətlərində artımın ötən ay qeydə alınmış 6,5 %-dən 6,2 %-ə düşəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi