Dolların möhkəmlənməsi və FED-in uçot dərəcəsi ilə bağlı gözləntilər fonunda qızıl ucuzlaşıb

Dolların möhkəmlənməsi və FED-in uçot dərəcəsi ilə bağlı gözləntilər fonunda qızıl ucuzlaşıb Qızılın qiyməti 0,23 % və ya 4,25 ABŞ dolları ucuzlaşıb.
Maliyyə
28 Fevral , 2023 10:03
Dolların möhkəmlənməsi və FED-in uçot dərəcəsi ilə bağlı gözləntilər fonunda qızıl ucuzlaşıb

Qızılın qiyməti 0,23 % və ya 4,25 ABŞ dolları ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 1 unsiyası 1 820,65 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,53 % düşərək 1 unsiyası 20,683 ABŞ dolları təşkil edib.

ABŞ dollarının möhkəmlənməsi qiymətli metalın qiyməti üzərində təzyiq yaradır, birjalar isə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı panlarını qiymətləndirməyə davam edir.

ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,13 % artaraq 104,81 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.

Son xəbərlər

Orphus sistemi