Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyalı biznesmenləri dəvət etməməklə Davos Dünya İqtisadi Forumu itirəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Deripaska, Kostin və Vekselberq foruma görə yox, öz işləri ilə ad qazanıb, məşhurlaşıblar, Davos Forumu isə məhz belə iş adamları sayəsində Davos Forumuna çevrilib. Ona görə də, belə deyək, belə iş adamlarını dəvət etməməklə forum özüllərini qırır", - o deyib.
Həmçinin Peskov qeyd edib ki, Rusiyada Davos ilə rəqabətə girə biləcək bir sıra böyük beynəlxalq iqtisadi forumlar keçirilir.
Qeyd edək ki, daha əvvəl "Financial Times" qəzeti üç iş adamının - Deripaska, Vekselberq və Kostinin gələn ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna dəvət olunmayacağını yazıb. Qeyd olunub ki, bu, beynəlxalq təşkilatların ötən ilin aprelində rusiyalı sahibkarlara qarşı tətbiq edilən ABŞ sanksiyaları ilə əlaqədar narahatlığından qaynaqlanır.