“Diqlas” Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 7 mağaza sahibi sığorta şirkətinə müraciət edib - YENİLƏNİB

Maliyyə
  • 27 mart, 2019
  • 13:25
“Diqlas” Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 7 mağaza sahibi sığorta şirkətinə müraciət edib - YENİLƏNİB
Report/Elchin Murad

İlk xəbər saat 15.53-də verilib.

Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 7 mağaza sahibi sığorta ödənişi üçün "Azsığorta" ASC-yə müraciət edib. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib. 

"Şirkət hazırda bu müraciətləri qeydə alaraq müvafiq araşdırmalar aparır. “"Sığorta fəaliyyəti haqqında" qanunun tələblərinə əsasən, digər məlumatlar sığorta sirri hesab edildiyi üçün hazırkı mərhələdə daha ətraflı məlumatın verilməsi mümkün deyil”, - məlumatda bildirilir.

Bununla belə, hazırda ticarət mərkəzinə giriş məhdudlaşdırıldığı üçün sığorta şirkətinə məxsus qəza komissarları sığorta hadisələri ilə bağlı araşdırma apara bilmirlər", - şirkətdən qeyd olunub.