“Deutsche Bank” dünyada ÜDM-in artımına dair proqnozunu yeniləyib

“Deutsche Bank” dünyada ÜDM-in artımına dair proqnozunu yeniləyib İstehlak bazarında qiymət artımı baş verəcəyi, amma uzun çəkməyəcəyi də bildirilir
Maliyyə
17 Mart , 2021 14:59
“Deutsche Bank” dünyada ÜDM-in artımına dair proqnozunu yeniləyib

“Deutsche Bank”ın ekspertləri 2021-ci ildə dünya ÜDM-inin artımını 6,8 faiz, 2022-ci ildə isə 4,6 faiz səviyyəsində güman edirlər.

“Report” bu barədə bankın hesabatına istinadən xəbər verir.

Noyabr hesabatında müvafiq proqnozlar 5,9 və 4,5 faiz olub. Cari ilin birinci rübündə dünya ÜDM-i 0,6 faiz, ikinci rübündə 1,4 faiz, üçüncü rübündə 1,8 faiz, dördüncü rübündə 1,3 faiz artacaq.

İqtisadiyyat üçün əlverişli amillər arasında COVID-19 pandemiyasına nəzarətin artırılması, peyvəndləmənin yayılması, ABŞ və Avropa ölkələrində dövlət tərəfindən görülən geniş dəstək tədbirləri göstərilir. Həmçinin koronavirus üzündən ticarətin zəifləməsi nəticəsində əllərdə qalan külli miqdarda vəsaitlərin peyvəndləmə vüsət alınca yenə dövriyyəyə qayıdacağı da qeyd olunur.

Qarşıdakı yay aylarında istehlak bazarında qiymət artımı baş verəcəyi, amma uzun çəkməyəcəyi də bildirilir.

Cari ildə ən çox ÜDM artımı Çin, Hindistan və ABŞ-da gözlənilir. Çində ÜDM artımı rübdən rübə 1,6, 1,5, 1,4, 1,3 faiz, ABŞ-da 1,5, 2,1, 2, 1,7 faiz ehtimal olunur.

Təməl proqnoza əsasən, ABŞ-da işsizlik səviyyəsi 2021-ci ildə 5.2 faiz, 2022-ci ildə 3,8 faiz, Almaniyada müvafiq olaraq 4,2 və 4 faiz, bütövlükdə avrozonada 8,5 və 8,5 faiz, Böyük Britaniyada 6.1 və 6,3 faiz, Yaponiyada 3,1 və 2,8 faiz olacaq.

Son xəbərlər

Orphus sistemi